Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirildi

0

  •  Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Polis Şöbəsinin birgə təşkilatçılığı, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektrorunun, Xocalı rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə Xocalı şəhər 4 saylı tam orta məktəbində "Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, icra hakimiyyəti aparatının məsul şəxsi Kənan Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun nümayəndəsi Xəyyam Cəfərov, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları - Əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Mahir Məhərrəmov, Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Babək Quliyev, Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis kapitanı Tural Xəlilov, məktəb rəhbərliyi, yuxarı sınıf şagirdləri və valideynlər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva mövzunun vacibliyini diqqətə çatıdıraraq məişət zorakılığı barədə ətraflı məlumat verdi. Bildirdi ki, anlayışla bağlı qanunvericiliyin verdiyi izaha görə yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz qalan şəxslər kimi ailə üzvlərindən başlayaraq yaxın qohumlar, nikaha xitam verilmiş şəxslər, qəyyum və himayəçilər təyin olunan qəyyumluq və himayədə olanlar, nikahda olmadan birgə yaşayan şəxslər tanınır.Lamiyə Qarayeva vurğuladı ki, ölkəmizdə "Məişət zorakılığı haqqında qanun" məhz bu cür problemlərin aradan qaldırılması üçün imzalanmışdır. Bu qanunda məişət zorakılığına məruz qalan şəxslərə hüquqi-psixoloji yardımın göstərilməsi, onların sığınacaqlara yerləşdirilməsi, sosial reabilitasiyası və digər problemlərin aradan qaldırılması məsələləri yer alıb.Lamiyə Qarayeva məişət zorakılığının cəmiyyətimizə göstərdiyi təsirlərdən danışaraq daima məişət zorakılığı yaşanan ailədə böyüyən uşaqların yetərincə qayğı və sevgi görmədiklərini, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunduğunu və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yarandığını dedi. Belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir.Mühafizə orderi haqqında məlumat verən Lamiyə Qarayeva, bu orderlərin məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt olduğunu bildirdi.Sonra  Xocalı rayon Polis Şöbəsinin Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Babək Quliyev məişət zorakılığının nə olduğu, yaranma səbəbləri, hansı formalarda təzahür etməyi barədə izahlar verdi, ölkəmizdə aidiyyəti qurumların və sosial sistemlərin bu məsələnin həllinə necə yanaşdığını diqqətə çatdırdı.Məişət zorakılığının spirtli içkilərin və ya narkotik maddələrin təsirinə, həmçinin stresslə bağlamağın yanlış olduğunu bildirən Babək Quliyev qeyd etdi ki, birgə münasibətdə olan cütlüklər arasında anlaşmazlıq, bir-birinin ünvanına sərt sözlərlə deyişmə və başqa hallar baş verə bilər, lakin heç zaman qurbanın etdiyi heç bir hərəkət zorakı şəxsə ona qarşı şiddət törətməyə haqq vermir.Daha sonra rayon icra hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev cəmiyyətinin inkişafında təhsilin önəmini vurğulayaraq şagirdlərin öz dərslərini yaxşı oxumalarını tövsiyə etdi. Təhsilsiz qadının cəmiyyət üçün təhlükələr mənbəyi olduğunu qeyd edən Xəlil Vəliyev qızlarımızın daha bilikli, təhsilli, peşə sahibi olması onların həyatda hər hansı çətin vəziyyətdə karlarına çatdığını dedi.Xocalı şəhər 4 saylı tam orta məktəbin psixoloqu Nəzakət Bəylərova məktəbdə məişət zorakılığı, narkomaniya bəlası haqqında, erkən nikahların mənfi təsiri barədə mütəmadi tədbirlərin keçirildiyini, şagirdlərlə maarifləndirici söhbətlərin aparıldığını qeyd etdi. Görülən işlər barədə məlumat verən Nəzakət Bəylərova şagirdlər arasında erkən nikahların, təhsildən yayınma və digər mənfi halların olmadığını diqqətə çatdırdı. Sonda "Susma!" adlı qadın zorakılığına qarşı sosial çarx nümayiş etdirildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib102 dəfə
    "Məişət zorakılığı problemi bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirildi

    Maraqlı gələ bilər
    49
    103
    245